
Millimizdən 2-ci qələbə
Qız basketbolçularından ibarət U-18 millimiz Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.
Sportlife.az xəbər verir ki, yığmamız 4-cü qrup matçında İslandiya seçməsini 86:79 hesabı ilə məğlub edib.
Qrupda 2-ci qələbəsini qazanan Azərbaycan millisinin 6 xalı var. Komandamız iyulun 9-da Kosovo ilə qarşılaşacaq.