
"Sabah"ın iştirak ərizəsi açıqlandı
Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Selye" klubu ilə qarşılaşacaq "Sabah" iştirak ərizəsini UEFA-ya təqdim edib.
Sportlife.az xəbər verir ki, siyahıda 24 oyunçunun adı yer alıb.
Onların 3-ü qapıçı, 8-i müdafiəçi, 8-i yarımmüdafiəçi, 4-ü isə hücumçudur.
Qapıçılar: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 92. Stas Pokatilov
Müdafiəçilər: 2. Amin Seydiyev, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 7. Boyan Letiç, 17. Tellur Mütəllimov, 40. İqor Noqeyra, 53. Andrey Santos, 80. Akim Zedadka
Yarımmüdafiəçilər: Zinədin Uld Xaled, 6. Abdula Xaybulayev, 8. Ayaz Quliyev, 10. Anatoli Nuriyev, 11. Kahim Perris, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev, 88. Xəyal Əliyev
Hücumçular: 18. Pavol Şafranko, 20. Cey-Lens Mikels, 70. Cesse Sekidika, 99. Neboş Kupusoviç.
"Selye" də Azərbaycan təmsilçisi ilə qarşılaşmalar üçün 24 futbolçu sifariş edib.
Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 10-da Bakıda, cavab matçı isə iyulun 17-də Selye şəhərində keçiriləcək.