Lunyovun burnunu kim sındırıb?

  • Dünən, 18:55

Hazırda Rusiyanın "Dinamo" klubunda çıxış edən "Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov maraqlı açıqlama verib.

Sportlife.az xəbər verir ki, sonuncu dəfə nə vaxt dava etməsi ilə bağlı suala cavab verən rusiyalı qolkiper bunun Moskva "Torpedo"sunda çıxış etdiyi vaxt baş verdiyini bildirib.

"Çoxdan olub. "Torpedo"da oynayanda burnum sınmışdı. Məni hiyləgərcəsinə vurdular. Necə oldu? Restoranda hesabı ödəmək üçün ayağa qalxdım. Kifayət qədər tanınmış keçmiş futbolçu məni yerimə oturtdu. Hesabımı ödəməli idi, amma aradan çıxdı. Nə qədər gözləsəm də, qayıtmadı. Başımı qaldıranda nəyinsə uçaraq burnuma dəydiyini gördüm".

Qeyd edək ki, Lunyov 2023/2024 mövsümünü "Qarabağ"da keçirib.


Paylaş: