
Əfsanəvi qapıçının oğlundan peşəkar müqavilə
Çexiyalı veteran qapıçı Petr Çexin oğlu Damian Çex "Fulhem"lə müqavilə imzalayıb.
Sportlife.az xəbər verir ki, bu barədə 16 yaşlı qolkiperin özü sosial şəbəkə hesabında məlumat verib.
Müqavilə 2027-ci ilə qədər nəzərdə tutulub. Bu, Damianın ilk peşəkar müqaviləsidir.