
Verratti klubunu dəyişdi
Yarımmüdafiəçi Marko Verratti “Əl-Duhayl”la müqavilə imzalayıb.
Sportlife.az xəbər verir ki, 32 yaşlı futbolçu ilə sözləşmənin şərtləri açıqlanmayıb. Verratti komandaya azad agent kimi qoşulub.
Qeyd edək ki, yarımmüdafiəçi 2023-cü ilin sentyabrından Qətərin "Əl-Ərəbi" klubunda çıxış edirdi. O, bu komandanın heyətində 40 oyun keçirib, 4 qol vurub, 12 məhsuldar ötürmə edib.