
Sanço İtaliya nəhəngində
“Mançester Yunayted”in cinah oyunçusu Ceydon Sanço “Yuventus”a keçə bilər.
Sportlife.az xəbər verir ki, Turin klubu 25 yaşlı vingerlə müqavilə imzalamağa yaxındır. Klublar arasında danışıqlar müsbət yekunlaşıb.
Futbolçu ötən mövsümü icarə əsasında "Çelsi"də keçirib və komandanın Konfrans Liqasının qalibi olmasına və Çempionlar Liqasına vəsiqə qazanmasına kömək edib. Lakin londonlular futbolçunu almamağa qərar verib.