
"Araz-Naxçıvan" Türkiyə nəhəngi ilə qarşılaşacaq
Təlim-məşq toplanışını iyulun 5-dən Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan”ın yoldaşlıq oyunlarındakı rəqibləri müəyyənləşib.
Sportlife.az xəbər verir ki, komanda hər 3 matçda Türkiyə təmsilçiləri ilə qarşılaşacaq.
İyulun 9-da "Bayburtspor"la üz-üzə gələcək Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv bundan 2 gün sonra Türkiyə Superliqası təmsilçisi "Alanyaspor"la qüvvəsini sınayacaq. "Araz-Naxçıvan" üçüncü matçını iyulun 17-də keçirəcək. Bu dəfə rəqib Superliqanın digər təmsilçisi "Trabzonspor" olacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.