"Roma" danimarkalı futbolçu ilə maraqlanır

  • Dünən, 14:32

"Brayton"un yarımmüdafiəçisi Mett O'Reyli karyerasını İtaliyada davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, Danimarka millisinin üzvü ilə "Roma" maraqlanır.

24 yaşlı futbolçusu ötən mövsüm 26 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 22 milyon avro qiymətləndirir.


Paylaş: