"Ayaks" Rusiya bazarına üz tutdu

  • Bu gün, 13:37

"Spartak"ın hücumçusu Manfred Uqalde karyerasını Niderlandda davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, kosta-rikalı futbolçu ilə "Ayaks" maraqlanır. Amsterdam təmsilçisi 23 yaşlı forvard üçün 16-17 milyon avro təklif etməyə hazırdır. Moskva klubu isə 20 milyon avrodan aşağı təklifləri dəyərləndirmək niyyətində deyil.

Qeyd edək ki, daha əvvəl "Spartak" "Feyenoord"un Uqalde üçün 15 milyon avroluq təklifini də rədd edib.


Paylaş: