
Deku DÇ-2026 üçün favoritini açıqladı
"Barselona"nın idman direktoru Deku 2026-cı il dünya çempionatının favoritləri haqqında fikirlərini bölüşüb.
Sportlife.az xəbər verir ki, portuqaliyalı funksioner İspaniya yığmasını titula əsas namizəd hesab etdiyini bildirib:
"İspanlar hazırda ən mütəşəkkil komandadır və mundialda qalib gəlməyə əsas namizədlər sırasındadır. Çox yaxşı məşqçisi olan Argentinanı da nəzərə almaq vacibdir. Bu iki əsas favoritdən sonra Braziliya, Fransa, Portuqaliya və formalaşma mərhələsində olan Almaniyanın adını çəkərdim".