
Sabiq "Qarabağ"lılar bir komandada
"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçin yeni klubu bəlli olub.
Sportlife.az xəbər verir ki, Bosniya və herseqovinalı qolkiper Türkiyənin "Çorum" komandasına keçib.
I Liqa təmsilçisi ilə rəsmi mnüqavilə imzalayan 36 yaşlı oyunçu ictimaiyyətə təqdim olunub.
Qeyd edək ki, "Çorum"da "Qarabağ"ın daha bir keçmiş üzvü çıxış edir. Belə ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev hazırda Türkiyə klubunun şərəfini qoruyur.