
Ərəblər Ernandesin "saqqızını oğurladı"
"Əl-Hilal "Milan"ın müdafiəçisi Teo Ernandes ilə müqavilə imzalayacaq.
Sportlife.az xəbər verir ki, tərəflər nəhayət, transferlə bağlı razılığa gəliblər. Müqavilə 25 milyon avroya başa gələcək.
Ernandes 2019-cu ildən "Milan"da çıxış edir. Ötən mövsüm o, bütün turnirlərdə 49 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
Transfermarkt Teonun bazar dəyərini 35 milyon avro qiymətləndirir. Onun "Milan"la müqaviləsi 2026-cı ilin iyunun sonunda başa çatmalı idi.