Modriç rəsmən "Milan"da!

  • Bu gün, 16:13

"Milan"ın baş məşqçisi Massimiliano Alleqri "Real"ın yarımmüdafiəçisi Luka Modriçin karyerasını İtaliya klubunda davam etdirəcəyini təsdiqləyib.

Sportlife.az xəbər verir ki, mütəxəssis xorvatiyalı futbolçunun komandaya avqustda qoşulacağını bildirib.

Modriç hazırda klublararası dünya çempionatında "Real"ın heyətində çıxış edir. 39 yaşlı futbolçu turnirdən sonra "Milan"la müqavilə imzalayacaq.

Qeyd edək ki, Modriç ötən mövsüm bütün turnirlərdə 62 oyun keçirib, 4 qol vurub və 9 məhsuldar ötürmə edib.


Paylaş: