
Qriliş 3 klubun hədəfində
"Mançester Siti"nin vingeri Cek Qriliş karyerasını başqa klubda davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə "Tottenhem", "Nyukasl" və "Napoli" maraqlanır. "Şəhərlilər" futbolçunu 46 milyon avroya buraxmağa hazırdır.
Qrealiş ötən mövsüm "Siti"nin heyətində 32 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.