
Millinin baş məşqçisindən zarafat: "Meydana qaçan azarkeşi milliyə çağırmalıyam"
Rusiya millisinin baş məşqçisi Valeri Karpin Rusiya - Serbiya matçında (4:0) meydana daxil olan "Mellstroy" ləqəbli blogger Andrey Burimlə bağlı zarafat edib.
Sportlife.az xəbər verir ki, "Life"a açıqlamasında Karpin “Gənc sürətli qaçdı, onu tutmaq mümkün olmadı. O, on nəfərdən qaçdı. Düşünürəm ki, onu milliyə çağırmalıyam. Çünki fiziki cəhətdən yaxşı hazırlanıb” deyə zarafat edib.
Andrey “Mellstroy” Burim tanınmış belaruslu yayımçıdır. O, daha əvvəl Belarus ordusunda xidmətdən yayındığı üçün Rusiyada axtarışa verilmişdi.