
MY təcrübəli müdafiəçisi ilə müqavilə uzadacaq
"Mançester Yunayted" Conni Evansın müqaviləsini uzadacaq.
Sportlife.az xəbər verir ki, "qırmızı şeytanlar" təcrübəli müdafiəçi ilə bu barədə danışıqlar aparır.
Evans "Mançester Yunayted"in yetirməsidir. O, ötən ilin yayında yenidən kluba qayıdıb.