MY və "Tottenhem" braziliyalı forvardla maraqlanır

  • Dünən, 22:52

"Vulverhempton" forvardı Mateus Kunya Premyer Liqada klubunu dəyişə bilər.

Sportlife.az "Fichajes" portalına istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Tottenhem" yanvarda braziliyalı hücumçunu transfer etməyi düşünür.

Kunya 2023-cü ilin yayında 50 milyon avroya "Vulverhempton"a transfer olub. O, bu mövsüm Premyer Liqada 12 oyuna çıxıb və 7 qol vurub.


Paylaş: