Yamal növbəti mükafatını qazanıb
"Barselona"nın futbolçusu Lamin Yamal “Golden Boy” mükafatını qazanıb.
Sportlife.az xəbər verir ki, bu mükafat Avropada ilin 21 yaşadək ən yaxşı futbolçusuna təqdim olunur.
O, yığmanın heyətində Avro-2024-ün qalibi olub. Həmin turnirdə 7 oyuna çıxaraq 1 qol vurub və 4 qolun ötürməsini edib.
Bu mövsümdə isə Yamal "Barselona"nın heyətində 16 matça çıxaraq 6 qol vurub və 8 məhsuldar ötürmə edib.