"O, "Bavariya"nın siması olmalıdır"
"Manuel Noyer və Tomas Müller təqaüdə çıxanda o, "Bavariya"nın siması olmalıdır".
Sportlife.az xəbər verir ki, bunu "Bavariya"nın idman direktoru Maks Eberl Yozua Kimmix barədə deyib. O, Kimmixin Münhen klubunda əfsanə olmağını istəyir.
“Kimmix bizim istəyimizin bu olduğunu bilir. O, qərar verməlidir ki, yeni çağırış istəyir, yoxsa “Bavariya”da əfsanə olmaq istəyir”.
Xatırladaq ki, 29 yaşlı futbolçunun Almaniya klubuyla müqaviləsi gələn ilin yayında bitir. Tərəflər arasında sözləşmə uzatmaq üçün danışıqlar davam edir.