"Napoli"dən 35 milyonluq təklif

  • Bu gün, 11:50

"Napoli" "Şaxtyor"un ukraynalı yarımmüdafiəçisi Georgi Sudakova rəsmi təklif göndərib.

Sportlife.az xəbər verir ki, Neapol klubu bu keçid üçün Donetsk təmsilçisinə 35 milyon avro təklif edib.

Amma "Şaxtyor" aparıcı oyunçusuna görə 35 milyon avrodan çox təzminat istəyir. Futbolçunun özü də "Napoli"yə keçməkdə maraqlıdır.

Sudakovun "Şaxtyor"la 2028-ci ilə qədər müqaviləsi var. Bazar dəyəri 32 milyon avrodur.


Paylaş: