
Polşa klubu millimizin üzvünü göndərdi
Polşanın “Radomyak” klubu millimizin müdafiəçisi Rahil Məmmədovla yollarını ayırıb.
Sportlife.az xəbər verir ki, bu barədə polşalı jurnalist Rafal Yonjuk malumat yayıb.
Onun sözlərinə görə, Radom təmsilçisi 29 yaşlı futbolçu ilə müqaviləyə vaxtından əvvəl xitam verib.
Yonjuk sosial şəbəkə hesabında təcrübəli oyunçunun artıq komandanın düşərgəsini tərk etdiyini yazıb.
Tezliklə klubun da bu ayrılığı açıqlayacağı bildirilib.
Qeyd edək ki, Rahil Məmmədovun "Radomyak"la 2026-cı ilin yayınadək müqaviləsi var idi. Polşa klubunda Azərbaycan yığmasının digər üzvü Renat Dadaşov da çıxış edir.