Kayl Uoker "Milan"a lazım olmadı

  • Bu gün, 10:53

Müdafiəçi Kayl Uoker icarə müqaviləsi bitdikdən sonra "Milan"dan ayrılacaq.

Sportlife.az xəbər verir ki, İtaliya klubunun rəhbərliyi futbolçunun tramnsfer hüququnu “Mançester Siti”dən almamağa qərar verib.

Potensial transfer qiyməti 5 milyon avrodur ki, “rossonyerlər" bu seçimdən imtina edib. Əsas səbəblər futbolçunun zədəsi və komandadakı mövqeyini möhkəmləndirən gənc Aleks Ximenesə rəqabətdə uduzmasıdır.

“Mançester Siti” də Uokerə yeni müqavilə təklif etmək fikrində deyil. Beləliklə, bu yay ingilis futbolçu azad agentə çevriləcək.


Paylaş: