Niderland çempionu həbs edildi

  • Dünən, 18:06

2010-cu ildə "Tvente"nin heyətində Niderland çempionu olan Ronni Stam həbs edilib.

Sportlife.az xəbər verir ki, o, narkotik alveri və çirkli pulların yuyulması ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum olunub.

41 yaşlı Stama qarşı hökm bu gün Breda məhkəməsi tərəfindən çıxarılıb.

Stam 700 kiloqram kokain qaçaqmalçılığı ilə məşğul olub. Onun 43 yaşlı qardaşı isə 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Hələ ki onu tapmaq mümkün olmayıb. İddiaya görə, Dubayda gizlənir.


Paylaş: