Oliver Kan Saneni tənqid etdi
Leroy Sanenin "Qalatasaray"a sürpriz transferi "Bavariya"nın əfsanəsi Oliver Kahn tərəfindən kəskin tənqid olunub.
Sportlife.az xəbər verir ki, veteran qapıçı həmyerlisinin yanlış seçim etdiyini bildirib:
"Onda sürət, driblinql, dəqiq və qüvvətli zərbələr, bir sözlə, hər şey var. Sadəcə, daha doğru seçim etməli idi".
Qeyd edək ki, Sane "Bavariya"nın yeni müqavilə təklifini rədd edərək, "Qalatasaray"a keçib.