"Onun oyununu oxumaq çox vaxt qeyri-mümkündür"

  • 8 Aprel 2025, 14:07

"Barselona" və PSJ-nin sabiq yarımmüdafiəçisi Ronaldinyo Paris klubunun hücumçusu Usman Dembelenin cari mövsümdəki çıxışını şərh edib.

Sportlife.az xəbər verir ki, əfsanəvi futbolçu Fransa millisinin üzvünü çox bəyəndiyini bildirib:

"Onun üslubu bir az braziliyalılara bənzəyir. Meydanda sürprizlər edir, yeni nəsə fikirləşir, rəqibi səhvə təhrik edir. Onun oyununu oxumaq çox vaxt qeyri-mümkündür, ən əsası isə çoxlu qollar vurur. Dembele özünü yenidən göstərmək mərhələsindədir".

Bu mövsüm 27 yaşlı Dembele bütün turnirlərdə 40 oyuna çıxıb, 32 qol vurub və 8 məhsuldar ötürmə edib.


Paylaş: