
Premyer Liqada ən gənc 2-ci oyunçu
"Lester" in cinah oyunçusu Ceremi Monqa Premyer Liqa tarixində ikinci ən gənc oyunçu olub.
Sportlife.az xəbər verir ki, o, ötən gün ölkə çempionatında "Nyukasl"la keçirilmiş matçda (15 yaş 271 gün) meydana çıxaraq bu göstəriciyə çatıb.
Monqa bu mövsüm əsasən "Lester"in U-18 komandasında oynayıb.
Rekord "Arsenal"ın futbolçusu Ethan Nvaneridə məxsusdur - 15 yaş 181 gün.