
Premyer Liqadan Braziliya klubuna
"Bornmut"un qapıçısı Norberto Murara Neto Braziliyada çıxış edəcək.
Sportlife.az xəbər verir ki, "Botafoqo" 36 yaşlı braziliyalını heyətinə qatıb. Transfer havayı başa gəlib.
Qolkiper "Botafoqo" ilə 2 il + 6 aylıq müqavilə imzalayacaq.
Ötən mövsüm Neto "Arsenal"da icarə əsasında çıxış edib. O, bütün yarışlarda 4 oyuna çıxıb və 4 qol buraxıb.