Nigeriyalı futbolçu "Kəpəz"ə qayıtdı

  • Dünən, 17:54

Transfer çalışmalarını davam etdirən “Kəpəz” vaxtilə komandada oynamış Olavale Onanuqanı heyətinə qatıb.

Sportlife.az xəbər verir ki, 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Nigeriyalı yarımmüdafiəçi bundan əvvəl 2023/2024-cü illər mövsümündə "sarı-göylər"in heyətində çıxış edib, 27 oyuna 2 qol vurub. Olavale Onanuqa "Kəpəz"dən sonra “Əl-Nəsr” (Küveyt) və “Bney Yehuda” (İsrail) klublarında oynayıb.


Paylaş: