
"Liverpul"un yetirməsi "Lion"da
Fransanın "Lion" klubu "Liverpul"un yarımmüdafiəçisi Tayler Mortonu transfer edib.
Sportlife.az xəbər verir ki, 22 yaşlı futbolçu yeni klubu ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.
Bu transfer fransızlara 10 milyon avroya başa gəlib. Əvvəllər bu məbləğin 20 milyona çata biləcəyi bildirilirdi.
Qeyd edək ki, Morton "Liverpul" akademiyasının yetirməsidir. O, əsas komandada 14 oyun keçirib və bir məhsuldar ötürmə edib.