
Ukraynalı futbolçu vəfat etdi
Ukraynanın "Zorya" komandasının yarımmüdafiəçisi Vlodimir Belotserkovets 25 yaşında dünyasını dəyişib.
Sportlife.az xəbər verir ki, bu barədə Ukrayna klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçunun ölümünün səbəbləri açıqlanmır.
Xarkov "Metalist"inin yetirməsi olan Belotserkovets “Zorya”nın heyətində 11 oyun keçirib və 1 məhsuldar ötürmə edib.