
"Mourinyo əsl canavardır"
"Roma"nın yarımmüdafiəçisi Canluka Mançini keçmiş baş məşqçisi Joze Mourinyonu tərifləyib.
Sportlife.az xəbər verir ki, futbolçu portuqaliyalı mütəxəssisin kluba qələbə zehniyyəti aşıladığını qeyd edib:
"Karyeram üçün Mourinyo kim idi? Canavar! Bəli, o, mənim tariximi və hamımızın tarixini dəyişən insandır. Joze bizə xarizma, mentalitet və inam bəxş etdi. Meydanda mən onun lideri idim. Bəzən bunu aşırdım, həddən artıq irəli getdim, amma bunu etdim, çünki onun bizi qələbəyə aparacağını hiss edirdim".
Qeyd edək ki, Mourinyo 2021-2024-cü illərdə "Roma"ya başçılıq edib.