"Sabah"ın rəqibində ciddi itki

  • Bu gün, 14:05

Bolqarıstanın “Levski” klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində evdə “Sabah”a qarşı keçiriləcəyi ilk oyuna itki ilə çıxacaq. 

Sportlife.az xəbər verir ki, "Braqa" ilə matçda zədələnən yarımmüdafiəçi Georgi Kostadinov sabahkı matçda meydan sahiblərinə kömək etməyəcək.

Tibbi heyət komandanın aparıcı üzvünü sağaltmaq üçün əlindən gələni etsə də, bunun mümkün olmayacağı bildirilib.

Qeyd edək ki, avqustun 7-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.


Paylaş: