"Sabah"la matçda qələbəyə köklənmişik"

  • Bu gün, 17:58

"Sabah"la oyunda qələbəyə köklənmişik".

Sportlife.az xəbər verir ki, bu sözləri Bolqarıstanın “Levski” komandasının qapıçısı Svetoslav Vutsov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah"a qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Bolqarıstan millisinin qolkiperi Sofiya klubunun azarkeşlərini tərifləyib: "Ümid edirəm ki, güclü matçlarla davam edəcəyəm. Hələ də komandanın lideri olduğumu deyə bilmərəm. Ümid edirəm ki, növbəti matçlarda da yaxşı oynamağa davam edəcəyik. Bu dövrdə ən böyük köməkçim əvvəlcə mənə etibar edən məşqçilər oldu. Sonra məni dəstəkləyən və mənə kömək edən komanda yoldaşlarım, çünki futbol kollektiv idmandır. Ən əsası isə ailəm və sevgilim yanımdadır. Onların dəstəyi çox vacibdir. "Slaviya"nı kiçiltmədən, "Levski"də hiss tamamilə fərqlidir. Hər yerdə özünü ev sahibi kimi hiss edirsən. Gözləyirəm ki, sabah onlar bizim gizli kozumuz olacaqlar və ümid edirəm ki, matçda qələbə ilə onları sevindirə biləcəyik".

Qeyd edək ki, avqustun 7-də Sofiyadakı Georgi Asparuxov adına stadionda keçiriləcək "Levski" - "Sabah" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.


Paylaş: