"Milan" istəyinə çatdı

  • Bu gün, 13:52

"Brügge"nin yarımmüdafiəçisi Ardon Yaşari tezliklə "Milan"ın futbolçusu olacaq.

Sportlife.az xəbər verir ki, transfer məbləği bonuslar da daxil olmaqla 39 milyon avro təşkil edəcək.

İsveçrə millisinin 23 yaşlı yarımmüdafiəçisi digər klubların marağına baxmayaraq, sırf Milan təmsilçisini seçib.

Qeyd edək ki, Yaşari tibbi müayinədən keçmək və müqaviləni tamamlamaq üçün artıq İtaliyaya uçub.


Paylaş: