
"Çelsi"dən 25 milyonluq satış
"Everton" "Çelsi"nin yarımmüdafiəçisi Kirnan Dyuzberi-Hollu transfer edib.
Sportlife.az xəbər verir ki, transfer 25 milyon funt-sterlinqə başa gəlib.
26 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb.
O, ötən mövsüm "Çelsi"də 36 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.