Simonsun əvəzinə Elliott

  • Bu gün, 13:33

"Liverpul"un yarımmüdafiəçisi Harvi Elliott "Leypsiq"in maraq dairəsinə düşüb. 

Sportlife.az xəbər verir ki, Almaniya klubu 21 yaşlı futbolçunun mümkün transferi ilə bağlı artıq mersisaydlılarla əlaqə saxlayıb.

"Liverpul" təxminən bir ay əvvəl Elliott üçün 50 milyon funt sterlinq qiymət təyin edib.

 Qeyd edək ki, "Leypsiq" bu yay klubu tərk edəcəyi gözlənilən Xavi Simons üçün Harvini mümkün əvəzləyici kimi nəzərdən keçirir.


Paylaş: