APL-in bütün oyunları "İdman TV"də

  • Bu gün, 16:55

İngiltərə Premyer Liqasında (APL) yeni mövsümün oyunları Azərbaycanda canlı yayımlanacaq.

Sportlife.az xəbər verir ki, çempionatın yayım hüquqlarını “İdman TV” alıb. 

Artıq gələn həftədən start götürəcək Premyer Liqanın bütün oyunları tam şəkildə canlı yayımlanacaq.

Qeyd edək ki, "İdman TV" ötən mövsüm İngiltərə Premyer Liqasının sadəcə bəzi oyunlarını yayımlayırdı.


Paylaş: