
Ruslar ərəblərlə oynayacaq
Rusiya və Qətər yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək.
Sportlife.az xəbər verir ki, görüş sentyabrın 7-də Əl-Rayyan şəhərindəki "Əl-Sədd" stadionunda keçiriləcək.
Qətər millisi FIFA reytinqində 53-cü pillədə qərarlaşıb. 2025-ci ilin yazından komandaya ispan mütəxəssis Xulen Lopeteqi rəhbərlik edir.
Rusiya və Qətər bunadək 4 dəfə yoldaşlıq görüşündə üz-üzə gəlib. Son oyun 2023-cü ilin sentyabrında baş tutub və 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.