Ermənistan millisində baş məşqçi dəyişikliyi

  • Bu gün, 15:34

Ermənistan Futbol Federasiyası (FFA) Con Vant Şipin millinin baş məşqçisi vəzifəsindən istefa verdiyini açıqlayıb.

Sportlife.az xəbər verir ki, tərəflər əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyublar.

Niderlandlı mütəxəssis bu ilin fevralından Ermənistan millisini çalışdırırdı. Onu bu postda "Pünik"ə başçılıq edən Yeqişe Melikyan əvəzləyib. Yeni baş məşqçi ilə 2026-cı ilin noyabrına qədər müqavilə imzalanıb.


Paylaş: