
"Futbolçularım "Sabah"la oyunda otu "yeyəcək"
"Bu, bizim üçün vacib oyundur".
Sportlife.az xəbər verir ki, bu sözləri Bolqarıstanın “Levski” komandasının baş məşqçisi Xulio Velaskes UEFA Konfrans Liqasının III təsnifat mərhələsində evdə "Sabah"a qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis matça məsuliyyətlə yanaşmalı olduqlarını bildirib: “Rəqibi qiymətləndirməmək bizim üçün böyük səhv olardı. “Sabah” hörmətə layiq komandadır. Onları təhlil etmək üçün kifayət qədər vaxt sərf etmişik. Ötən mövsümkü heyəti böyük ölçüdə qoruyublar. “Sabah” yaxşı oyunçuları və xarakeri olan kollektivdir. Rəqibə topla oynamağa imkan versək, bizə problem yaradacaq. Söz verirəm ki, futbolçularım meydanda otu "yeyəcək”.
Qeyd edək ki, avqustun 7-də Sofiyadakı Georgi Asparuxov adına stadionda keçiriləcək "Levski" - "Sabah" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.