"Sabah"ı Sofiyada gözləyən təhlükə

  • Dünən, 15:33

Bolqarıstanın "Levski" klubu "Sabah"la keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunu üçün biletləri satışa çıxarıb.

Sportlife.az xəbər verir ki, Georgi Asparuhov adına stadionun kassaları yerli vaxtla saat 10:00-da açılıb.

Mənbənin məlumatına görə, yüzlərlə azarkeş bilet almaq üçün növbəyə düzülüb. Oyuna böyük marağı nəzərə alan klub bir nəfərə 4 biletdən artıq satışı qadağan edib.

Avqustun 7-də keçiriləcək qarşılaşmada stadionun tam dolacağı gözlənilir.

Qeyd edək ki, "Sabah"ın "Levski" ilə Bakıda keçirəcəyi cavab oyunu avqustun 14-də təşkil olunacaq.


Paylaş: