
Qrilişi vuran azarkeş həbs olundu
“Mançester Yunayted”in azarkeşi “Mançester Siti”nin futbolçusu Cek Qrilişlə qarşıdurmadan sonra həbs edilib.
Sportlife.az xəbər verir ki, hadisə derbi başa çatdıqdan sonra baş verib. Fanatlardan biri tunelin çıxışının yaxınlığında oyunçunu sillələyib.
Gənc tərəfdar hücumda ittiham olunur və iyulda məhkəmə qarşısına çıxacaq.