"Qvardiola dünyanın ən yaxşı məşqçisidir"

  • 2 Aprel 2024, 19:43

"Aston Villa"nın baş məşqçisi Unai Emeri "Mançester Siti"yə rəhbərlik edən Pep Qvardiola haqqında fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, Emeri BBC-yə açıqlamasında “Mənim üçün Pep dünyanın ən yaxşı məşqçisidir. Onun İspaniyada və İngiltərədəki işini təhlil edərək, onun parlaq mütəxəssis olduğu qənaətinə gəldim” deyə bildirib.

"Mançester Siti" Premyer Liqada 29 oyundan sonra 64 xalla üçüncüdür. "Aston Villa" 30 oyundan sonra 59 xalla dördüncüdür.


Paylaş: