
Ronaldinyodan "Qızıl top" açıqlaması
"Barselona"nın və Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo "Qızıl top" uğrunda mübarizədən danışıb.
Sportlife.az xəbər verir ki, əfsanəvi futbolçu ad çəkməsə də, konkret favroritlərin olduğunu bildirib:
"Çox bəyəndiyim futbolçular var. Bəziləri mənə oxşayır. Ancaq aşkar favoritlər var. Lionel Messi və Kriştianu Ronaldu müəyyən mənada oyundan kənarda qaldıqdan sonra mübarizə daha açıq olub".