
Ronaldu, Messi və Zidan
"Əl-Nəsr"in ulduzu Kriştianu Ronaldu müasir futbolda ən yaxşı üç oyunçunun adını açıqlayıb.
Sportlife.az xəbər verir ki, portuqaliyalı forvard özünü Lionel Messini və Zinəddin Zidanı ən yaxşı hesab edib.
Xatırladaq ki, Ronaldu bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında "Əl-Nəsr"in heyətində 25 oyun keçirib, 21 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.