
"Trabzonspor" sabiq futbolçusunu transfer edib
“Trabzonspor” sabiq futbolçusunu yenidən heyətinə cəlb edib.
Sportlife.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qaradəniz təmsilçisi Antoni Nvakaemenin transferini tamamlayıb.
Nvakaeme 2018-2022-ci illərdə “Trabzonspor”da çıxış edib. O, həmin illər ərzində 145 matça çıxaraq 47 qol vurub və 40 məhsuldar ötürmə edib.