Tuxeldən Bellinqemə tərif

  • 29 Aprel 2024, 19:32

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının yarımfinal matçı öncəsi "Real"ın yarımmüdafiəçisi Cud Bellinqhemin çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, Tuxel "Diario AS"a açıqlamasında “Cudun təkamülü inanılmazdır. O, qalib xarakteri daşıyır; ona böyük bir məsuliyyət yükü heç bir şəkildə təsir etmir. Biz onun əla oyunçu olduğunu başa düşürük. Biz onu dayandırmağa çalışacağıq”, - deyə bildirib.

Bu mövsüm 20 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 36 matçda 21 qol vurub və 10 məhsuldar ötürmə edib.


Paylaş: