MY-i o çalışdıra bilər
"Mançester Yunayted"də yeni mövsüm üçün baş məşqçi arayışları davam edir.
Sportlife.az xəbər verir ki, "qırmızı şeytanlar"da gündəmə gələn son ad Kiran Makkennadır. Makkenna daha öncə MY-in U-18 komandasını çalışdırıb.
38 yaşlı mütəxəssis hazırda "İpsviç"i çalışdırır. O, bu mövsüm Çempionşip klubunu Premyer Liqaya çıxartmağı bacarıb.