Leno AÇ-da olmayacaq

  • 15 May 2024, 17:27

"Fulhem"in oyunçusu Bernd Leno çiynindən zədələnib.

Sportlife.az xəbər verir ki, təcrübəli qolkiper Avropa Çempionatını buraxmalı olacaq. Onun Almaniyanın heyətində üçüncü qapıçı kimi çempionata gedəcəyi gözlənilirdi.

Leno bu mövsüm Premyer Liqada 37 oyuna çıxıb və 10 oyunda qapısını qola bağlaya bilib.


Paylaş: