Zanyolo Avro-2024-də olmayacaq
Nikolo Zanyolo Avropa Çempionatında olmayacaq.
Sportlife.az xəbər verir ki, bu barədə İtaliya millisinin baş məşqçisi Luçano Spalletti məlumat verib. O, 25 yaşlı oyunçunun zədəsinə görə çempionatı qaçıracağını açıqlayıb.
Zanyolo İtaliya millisində 19 oyuna çıxıb, 2 qol vurub.